Estoniya baş naziri Yuri Ratasın olduğu təyyarə əlverişsiz hava şəraitinə görə Riqada eniş edə bilməyib.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ratas nümayəndə heyəti ilə Polis və Sərhəd Mühafizəsi İdarəsinin təyyarəsi ilə Baltikyanı ölkələrin hökumət başçılarının qeyri-rəsmi görüşünə gedirmiş. O, Tallinə geri qayıtmalı olub.
Son xəbərlər
Son Xəbərlər