Baş nazirin təyyarəsi xarab oldu

bas-nazirin-teyyaresi-xarab-oldu
Oxunma sayı: 948

Estoniya baş naziri Yuri Ratasın başına iş gəlib. 

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, o, nümayəndə heyəti ilə birlikdə Brüsseldə Avropa Birliyinə üzv  ölkələrin prezidentləri və baş nazirləri ilə görüşdən sonra Tallinə qayıtmalı imiş. Lakin təyyarə texniki nasazlığa görə yenidən Brüsselə qayıtmalı olub.

Qeyd olunur ki, Ratasın təyyarəsi günorta saatlarında Tallinə uçacaq.