Baş nazirlə spiker Fəxri xiyabanda - Foto

bas-nazirle-spiker-fexri-xiyabanda
Oxunma sayı: 4810

Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.