Baş Nazirliyə namizəddən narkotik açıqlaması

bas-nazirliye-namizedden-narkotik-aciqlamasi
Oxunma sayı: 714

Böyük Britaniyanın Baş Naziri postuna namizəd Maykl Qouv etirafı ilə hər kəsi təəccübləndirib.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, 20 il öncə narkotik vasitələrdən istifadə etdiyini açıqlayıb.

Qouv  siyasətə gəlməzdən öncə kokaindən istifadə etdiyini bildirib. “O vaxt gənc jurnalist idim. Təbii ki, bu, mənim səhvimdir. Geriyə baxanda deyirəm ki, kaş, bunu etməyəydim”,- deyə Qouv qeyd edib.

Siyasətçinin fikrincə, o, keçmiş səhvlərinə görə Mühafizəkarlar partiyasının rəhbəri postuna namizədliyini irəli sürmək haqqından məhrum edilməməlidir.

Xatırladaq ki, İngiltərənin sabiq Baş Naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının rəhbəri postundan istefa verib.