“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Kirill Qaburiç bu gün demokrat deputatlar, sonra isə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Baş nazirliyə namizəd vətəndaş cəmiyyəti nümayəndələri ilə diskussiyanın məhsuldar olduğunu bildirib və qeyd edib ki, onlar fikirlərini korrupsiya ilə mübarizə, ədliyyə və ölkənin Avropa kursu məsələləri üzərində cəmləyiblər.
Xatırladaq ki, Kirill Qaburiç fevralın 14-də Baş nazir postuna namizəd təyin edilib. O, 15 gün ərzində fəaliyyət proqramına dair parlamentin etimadını qazanmalı və hökumətin tam siyahısını təqdim etməlidir. Baş nazir vəzifəsinə namizəd artıq Elmlər Akademiyasının nümayəndələri, liberal deputatlar, demokratlar və kommunistlərlə, eləcə də həmkarlar ittifaqlarının üzvləri ilə görüşüb.
Son xəbərlər
Son Xəbərlər