Baş prokuror Cəlilabadda qəbul keçirdi - Fotolar

bas-prokuror-celilabadda-qebul-kecirdi
Oxunma sayı: 2231

Baş prokuror Kamran Əliyev Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı, Yardımlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda iştirak edən 75 nəfər vətəndaşın müraciəti konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərlə bağlı olub.

Baş prokuror qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.