Baş prokuror Latviyada səfərdə olub

bas-prokuror-latviyada-seferde-olub
Oxunma sayı: 1475

Fevralın 21-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Baş prokuroru Yuris Stukansın dəvəti ilə Riqada işgüzar səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti ilk olataq Azərbaycanın Riqadakı səfirliyinə gedib. Daha sonra Latviya Baş prokurorluğunda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını salamlayan Baş prokuror Yuris Stukans, ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin son illər ərzində inkişaf etdiyini vurğulayıb.

Kamran Əliyev Prezident İlham Əliyevin və Latviyanın siyasi rəhbərliyinin səyləri nəticəsində ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini qeyd edib.

Səfər çərçivəsində Baş prokuror Latviyanın Korrupsiyanın Qarşısının Alınması və Korrupsiyaya qarşı Mübarizə Bürosunun (KNAB) rəhbər heyəti ilə də görüşüb.

Görüşlərdə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak edib.