Baş prokuror Şirvanda vətəndaşlarla görüşdü

bas-prokuror-sirvanda-vetendaslarla-gorusdu
Oxunma sayı: 1314

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Baş prokuror Zakir Qaralov fevralın 28-də Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayonundan olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı mərhum prezident Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 17 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.