Baş prokurordan yeni təyinat

bas-prokurordan-yeni-teyinat
Oxunma sayı: 6421

Xocavənd rayonuna prokuror təyin olunub.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Taleh Osmanov bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, o, bu vəzifəyədək Ağcabədi rayon prokurorunun müavini kimi çalışırdı.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı saytımıza təsdiqləyib.