Baş Prokurorluğun əməkdaşı Litvada monitorinqdə iştirak edib

bas-prokurorlugun-emekdasi-litvada-monitorinqde-istirak-edib
Oxunma sayı: 2589

Azərbaycan Prokurorluğunun nümayəndəsi Avropa Şurasının GRECO təşkilatının Litva üzrə V raund monitorinqində iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu - Korrupsiya əleyhinə dövlətlər qrupu/GRECO-nun Litva respublikası üzrə V raund monitorinqi həyata keçirilib. Avropa Şurasının ekspertlər qrupunun tərkibində İsveç, Fransa, İspaniya və Latviya kimi ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev iştirak edib.

Səfər çərçivəsində Litva hökuməti tərəfindən təqdim edilmiş məlumatlar ekspertlər qrupu tərəfindən təhlil olunub.

GRECO-nun payız iclasında səfərin nəticələrinə dair hesabatın və Litva höküməti üçün tövsiyələrin hazırlanaraq müzakirə olunması nəzərdə tutulub.