Baş Prokurorluğun Mətbuat Xidməti bu il 540 açıqlama verib

bas-prokurorlugun-metbuat-xidmeti-bu-il-540-aciqlama-verib
Oxunma sayı: 808

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu günün rəqəmi isə 540-dır.

Belə ki, Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən 2021-ci ilin I yarımili ərzində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilib, eyni zamanda kütləvi informasiya vasitələrinə yayılması təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.