Baş Prokurorluq Çapay Sadıqlının qətli ilə bağlı məlumat yaydı

bas-prokurorluq-capay-sadiqlinin-qetli-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 4573

Baş Prokurorluq AXCP fəalı Çapay Sadıqlının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda deyilir:

"İyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".