Baş Prokurorluq Əfqan Sadıqovla bağlı məlumat yaydı

bas-prokurorluq-efqan-sadiqovla-bagli-melumat-yaydi
Oxunma sayı: 5957

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. 

O bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.