Baş Prokurorluq jurnalistin qətli ilə bağlı məlumat yaydı

bas-prokurorluq-jurnalistin-qetli-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 654

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən “Qafqazinfo”ya verilən məlumata görə, bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.

Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə həmin tarixdə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Sevinc Mənsimli “Qafqazinfo” saytının idman yazarı olub.