Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.
Bu barədə “Qafqazinfo”-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Konfrans iyulun 18-də 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təşkil ediləcək.
Tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq, eyni gündə Masallı rayon prokurorluğunda “Açıq qapı” günü də olacaq.
Xatırladaq ki, bu günə kimi Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfrans keçirilib.