Baş Prokurorluq Milli Mətbuat Günü ilə bağlı tədbir keçirdi - Fotolar

bas-prokurorluq-milli-metbuat-gunu-ile-bagli-tedbir-kecirdi
Oxunma sayı: 2160

“Heydər Əliyev İli” çərçivəsində Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluq tərəfindən təntənəli tədbir təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasından mötəbər qonaqlar, vizual və rəqəmsal media qurumlarının rəhbərləri, müxtəlif ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə tədris keçən professor-müəllim heyəti, jurnalistlər, eləcə də prokurorluq əməkdaşları iştirak edib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev əsası 148 il əvvəl - 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edib.

Daha sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..”musiqili-tarixi essesini izləyib.