Baş Prokurorluq Sarkisyana qarşı ittihamı geri götürmədi

Baş Prokurorluq Sarkisyana qarşı ittihamı geri götürmədi
Oxunma sayı: 659

Ermənistan Baş Prokurorluğu sabiq prezident Serj Sarkisyana qarşı ittihamları geri götürməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə qurumun mətbuat katibi Arevik Xaçatryan bildirib.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi Sarkisyana qarşı 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməklə bağlı ittiham irəli sürüb. Keçmiş prezident isə həmin ittihamları siyasi təqib adlandıraraq günahkar olduğunu qəbul etmir. Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası eks-prezidentin toxunulmazlıq hüququnu nəzərə alaraq ittihamların aradan götürülməsi üçün Baş Prokurorluq qarşısında vəsatət qaldırmışdı. Ancaq Sarkisyanın vəkillərinin tələbi rədd edilib.

Xaçatryanın sözlərinə görə, keçmiş prezidentə qarşı istintaq hərəkətləri onun vəzifə borcu ilə əlaqəli deyil və bu səbəbdən toxunulmazlıqla bağlı konstitusion zəmanət tətbiq edə bilməzlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi