Baş Prokurorluq bəzi xidməti maşınlarını satışa çıxarıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin martın 5-də keçirəcəyi hərracda prokurorluğun 12 maşını auksiona çıxarılacaq.
Onların içində 6 ədəd “Volkswagen Passat”, 2 ədəd “Toyota Corolla”, 2 ədəd “Chevrolet Niva”, 2 ədəd isə “Nissan Maxima” var. “Niva”lar qəzalı vəziyyətdədir.
Maşınların start qiyməti 4 min manatdan başlayır, 8 min manatadək dəyişir.
Son xəbərlər
Son Xəbərlər