Baş Prokurorluqda qadınlarla görüş keçirildi - Fotolar

bas-prokurorluqda-qadinlarla-gorus-kecirildi
Oxunma sayı: 3882

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev qadın işçiləri, dövlət qulluqçularını və veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Tədbirdə ölkəmizdə qadınların hüquqlarının yüksək səviyyədə qorunduğu, prokurorluq orqanlarında kadr siyasəti zamanı gender bərabərliyinin rəhbər tutulduğu diqqətə çatdırılıb.

Baş prokuror qadın prokurorluq əməkdaşlarının dövlətçilik naminə xidmətlərinin önəmini vurğulayıb. O qeyd edib ki, son 3 ildə prokurorluq orqanlarına müsabiqələr nəticəsində ümumilikdə 31 qadın işə qəbul edilib. Hazırda prokurorluqda işləyən qadınlar kadr korpusunun təxminən 8 faizini təşkil edir. Onlardan bir çoxu vəzifədə irəli çəkilib, o cümlədən ilk dəfə olaraq idarə rəisi və rayon prokuroru vəzifələrinə təyin olub. 

Tədbirdə xidməti fəaliyyətdə fərqlənən prokurorluq əməkdaşlarına, veteran xanımlara, eləcə də insan hüquqlarının müdafiə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları və media nümayəndələrinə mükafatlar təqdim olunub.

Həmçinin oxuyun: С Kapital Bank женщины-предприниматели выйдут на мировой рынок в сфере электронной комерции