Baş Prokurorluqdan icra başçısının qohumu barədə xəbərə- - Münasibət

bas-prokurorluqdan-icra-bascisinin-qohumu-barede-xebere-
Oxunma sayı: 2816


“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, martın 1-də saat 05:30 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Süleyman Rizvanova məxsus “İnfiniti” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış “Toyota Camry” və digər nəqliyyat vasitələrinə dəyib. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb, avtomobillərə dəyən ziyanın müəyyən edilməsi, eləcə də hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin DYP şöbəsində araşdırmalar davam etdirilir.

Qəza ilə bağlı avtosfer.az saytının yaydığı ilk xəbərlə bu linkdən tanış ola bilərsiniz:

http://qafqazinfo.az/xeber-cra-bacsnn-qarda-olu-8-man-zdi-t113790.html