“Qafqazinfo”nun sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qeyd edib ki, Bakı şəhər prokurorluğunda sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi açılıb.
Maddə 314. Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Səhiyyə Nazirliyi hadisədə 150 şəxsin zəhərləndiyi barədə məlumat yayıb.Bir nəfərin isə öldüyü deyilir.
Son xəbərlər
Son Xəbərlər