Baş Prokurorluqdan seçkilərlə bağlı - Açıqlama

bas-prokurorluqdan-seckilerle-bagli
Oxunma sayı: 1635

Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.