Baş Prokurorluqdan xəbərdarlıq - Video

bas-prokurorluqdan-xeberdarliq
Oxunma sayı: 4024

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.

Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Bu kimi hərəkətlərin qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olduğu da xatırladılıb.