Baş Qərargah rəisi ABŞ-dan Güləni tələb etdi

bas-qerargah-reisi-abs-dan-guleni-teleb-etdi
Oxunma sayı: 4506

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar telefon danışığı zamanı amerikalı həmkarından Fəthullah Gülənin ekstradisiyasını tələb edib.

Qafqazinfo”nun məlumatına görə, bu barədə Trend Haber 7 qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.