Baş redaktor da keçindi, 13 ölü- - Prezident hadisə yerində+Yenilənib

bas-redaktor-da-kecindi-13-olu-
Oxunma sayı: 5932


Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın redaksiyasına hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Şarli Ebdo” jurnalının ofisinə açılan atəş nəticəsində 11 nəfərin öldüyü deyilir. 

Qeyd edək ki, 2012-ci ildə peyğəmbəri təhqir etdiyi üçün bir çox ölkədə jurnala qarşı etirazlar baş qaldırmış və jurnalın Paris mərkəzində yanğın törədilmişdi.

***

Fransa prezindeti Fransua Olland da faciənin baş verdiyi yerə gedib. Fransanın "şok" olduğunu deyən prezident bu barbarlığı törədənlərin cəzalandırılacağını qeyd edib. Prezident faciədə 11 nəfərin öldüyünü, 4-nün yaralandığını və vəziyyətlərinin ağır olduğunu deyib. Olland Yelisey sarayında müvafiq nazirlərin iştirakı ilə təcili görüş keçiriləcəyini elan edib.

***

Ölənlərin sayının 12 nəfər olduğu bildirilir. Onlardan ikisi isə polisdir.

***

Ölənlər arasında Fransanın məşhur karikaturaçı Jean Kabutun da olduğu iddia edilir. Jurnalın baş redaktoru Stefan Şarbonner isə ağır yaralıdır

***

Jurnalın baş redaktoru Stefan Şarbonner artıq dünyasını dəyişib. The Guardian-ın yaydığı məlumata görə, bununla ölənlərin sayı 13 nəfərə çatıb. Baş redaktor əməliyyat masasında keçinib.