“Başa düşürəm ki, faizlər yüksəkdir” - Mərkəzi Bank sədri

basa-dusurem-ki-faizler-yuksekdir
Oxunma sayı: 3681

“Bank faizlərinin formalaşması dörd amildən ibarətdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

Həmçinin oxuyun: В Баку судья совершил акт вандализма - Фото+Видео

“İlk növbədə bu gün depozit faizləri 6-8 %-dirsə, bu, bankın verəcəyi kreditin maya dəyərinin ən azı 6-8 %-ni təşkil edir. Sonra həmin borcalanın kredit riski bunun üzərinə gəlir. Bundan əlavə, bankın əməliyyat xərcləri var, o da 1-2 % arası olduqda faizlər artır. 

Üstəgəl, bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm yox. Mən də başa düşürəm ki, faizlər yüksəkdir. Keçən dəfə ABŞ ilə müqayisə aparıldı. Axı ABŞ-də biznesin xalis mənfəəti bizdəki kimi 15 % deyil, orada aşağıdır. Biz faizləri aşağı salmaq üçün depozitlərimizi aşağı salmalıyıq. Amma etiraf edək ki, 4-5 %-lə depozit qoyan olmayacaq”, - deyə sədr vurğulayıb.

Zaur Mirzə