“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib

basaksehir-mahir-ucun-legiyaya-750-min-avro-teklif-edib
Oxunma sayı: 1656

Türkiyəli jurnalist Yağız Sabuncuoğlu futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emrelinin transferi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, jurnalist bu barədə Tvitterdə paylaşım edib.

O bildirib ki, Türkiyənin “Başakşehir” klubu M.Emreliyə görə Polşa “Legiya”sına 750 000 avro təklif edib.

Xatırladaq ki, bir həftə əvvəl Türkiyə mətbuatında 24 yaşlı forvardın “Başakşehir”lə anlaşması ilə bağlı xəbər yayılmışdı.