“Başakşəhər” uduzdu, “Fənərbaxça” xal itirdi

basakseher-uduzdu-fenerbaxca-xal-itirdi
Oxunma sayı: 1520

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Son çempion “Başakşəhər” səfərdə “Qaziantep”ə məğlub olub. Turnir cədvəlinin 2-ci pilləsinə yüksələn “Fənərbaxça” isə çətin “Yeni Malatyaspor” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Türkiyə Super Liqası
33-cü tur
8 aprel

Dənizlispor – Kasımpaşa 1:1
Qol: Rodalleqa, 87-pen – Varqa, 49.

Qaziantep – Başakşəhər 2:0
Qol: Maksim, 32; 52.

Yeni Malatyaspor – Fənərbaxça 1:1
Qol: Eskihellac, 35 – Valensiya, 17.