Türkiyə Super Liqasında 30-cu tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında lider “Başakşəhər” növbəti xal itkisi ilə üzləşib.
Son oyunlarda qeyri-sabit çıxış edən “Başakşəhər” bu turda öz meydanında “Göztəpə”yə 0:2 hesabı ilə məğlub olub.
Bu məğlubiyyət isə ikinci pillədəki “Qalatasaray”a liderlə xal fərqini sıfıra endirmək şansı verib.
Qeyd edək ki, “Başakşəhər” son 3 oyunda ikinci dəfədir məğlub olur. Komanda ümumilikdə son 5 oyunda cəmixal toplaya bilib.
“Başakşəhər” - “Göztəpə” - 0:2
Qollar: Cerom, 7, Kadah, 85
Son xəbərlər
Son Xəbərlər