İranda ictimai yerdə başıaçıq formada gəzdiyi fotoları sosial şəbədəkə yayılan millətvəkili cəzalandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 27-i keçirilən seçkilərdə məclisə girməyi bacaran deputat Minu Halegi İsfəhandan millət vəkili seçilmişdi. Lakin seçkidən sonra onun Avropa və Çində başıaçıq gəzdiyi fotoları internetdə yayılmağa və ciddi müzakirə olunmağa başlayıb. Halegi fotoların saxta olduğunu və bu tip xəbərlərin “siyasi rəqiblərinin oyunu” olduğu söyləyib. Prezident Ruhani də açıqlamasında millət vəkilini müdafiə edib.
Lakin prezidentin belə müdafiəsi Halegini xilas edə bilməyib. İranın Konstituasiyanı Müdafiə Şurası onun millət vəkili statusunu əlindən alıb.
Son xəbərlər
Son Xəbərlər