“Başımızı itirdik” - “Braqa”nın çalışdırıcısı

basimizi-itirdik
Oxunma sayı: 2900

Xəbər verdiyimiz kimi, sabah Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” ilə “Braqa” arasında cavab oyunu keçiriləcək. 

“Qafqazinfo”nun məlumatına görə, “Braqa”nın baş məşqçisi Artur Jorje oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

-Bu oyun üçün strategiyaniz nədir?

-Təbii ki, bu hesab özündə bir göstəricidir, qarşımızda çətin missiya durur. Nəzərə alsaq ki, həftəsonu gərgin oyub keçirmişik. “Qarabağ”ın isə həftəsonu oyunu olmayıb. Biz olduqca motivasiyalıyıq, qələbə qazanmaq imkansız deyil. Çalışacağıq ki, vəziyyəti xeyrimizə dəyişək. 

-Bu oyun sizin üçün həyatı önəm kəsb edir?

- Xeyr, bu oyun heç nəyi həll etmir, komandamız yaxın zamanda kubokun qalibi oldu. Hələ mövsüm bitməyib. Biz mərhələni keçməklə uğurun davamını gətirə bilərik. “Braqa”nın hər oyunçusu qələbə üçün vuruşmalıdır. Amma bütün oyunlarda qələbə qazanmaq mümkün deyil. 

- Düzdür, “Braqa” üçün 2  top vurmaq qeyri-mümkün deyil, amma yenə də təmkinli oynamaq üçün nə etmək lazımdır? 

-Tamamilə razıyam, təbii ki, tələblər yüksəkdir, amma oyunçuların meydandan zövq alması önəmlidir. İlk oyundan sonra oyunçular soyunma otağında vəziyyəti dəyişdirəcəklərini dedi. Bizim heyətimizdə keyfiyyətli futbolçular var. Bu cür oyunçuların qələbə qazanmasına şübhə etmirəm.

- Bu qələbə sizi qane edir yoxsa, mərhələni keçməyə əsaslanıb?

- Qarşımızda çox güclü rəqib var, amma bizim üçün əsas məsələ minimal qələbə yox, mərhələ keçməkdir. 

- “Qarabağ”a Portuqaliyada uduzmağın səbəbi nə idi? Bu oyundan bir neçə gün öncə “Sportinq”ə 0:5 hesabı ilə uduzmaq, yoxsa “Qarabağ”ı ciddiyə almamaq? 

- Xeyr, məncə, birinci hissədə qolu buraxmağımız bu oyunun açar anı idi. İlk oyunda “Qarabağ”ın üstün olduğu görünürdü. İndiki məqamda rəqibi dəyərləndirməmək doğru olmaz. Ağdam təmsilçisini ciddi rəqib kimi görürəm, yaxşı futbolçuları var.

- Azərbaycan təmsilçisinə evdə taktiki cəhətdən məğlub oldunuz. Bəs, Bakıda bu komandanı üstələmək üçün hansı rotasiyaları edəcəksiniz?

- “Qarabağ” birinci oyunda üstün oldu. Birinci hissədə bu özünü göstərdi. İkinci hissədə isə müəyyən periodu oldu ki, həmin zaman komanda olaraq başımızı itirdik. Amma sabah mərhələ keçmək istəyiriksə, daha diqqətli və ciddi yanaşmalıyıq.