Başına 1 milyon pul qoyulmuşdu, öldürüldü

basina-1-milyon-pul-qoyulmusdu-olduruldu
Oxunma sayı: 3994

Türkiyənin Bitlis şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı daha 3 terrorçu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, onlardan biri “Poyraz Bulanık” kod adlı terrorçu Qurban Pəhlivandır.

O, 2017-ci ildə iki polis əməkdaşının qətlini təşkil edənlər arasında olub və “narıncı bülleten”lə axtarılanlar siyahısındadır.

Həmçinin, sözügedən terrorçunu tapan şəxsə 1 milyon TL (230 min 600 AZN) mükafat veriləcəyi qeyd olunmuşdu.