Başına vurub pulunu aldı

basina-vurub-pulunu-aldi
Oxunma sayı: 1193

Bakıda quldurluq hadisəsi törədən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki 900 manat pulu və mobil telefonu götürüb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tutulub.

Murad Əhməd