“Qafqazinfo” xəbər verir ki, İstanbul klubunun prezidenti keçmiş həyat yoldaşı ilə barışdığına görə onu məhşur müğənni Kibariyəni dinləmək üçün Kuruçeşmə adlanan ərazidəki bir restorana aparıb.
Kibariyə Ormana dəfələrlə “başkanım xoş gəldiniz” deməsi həmin restoranda başqa masada əyləşən iş adamı Akın Büyükoğlunun xoşuna gəlməyib.
O, Kibariyəyə “mən də burdayam, niyə mənim adımı söyləmirsən” deyərək qışqırıb. O, oturduğu yerdən qalxaraq “Beşiktaş” prezidentinin üzərinə gedib və onun təhdid etməyə başlayıb. Hətta onun Ormana zərbə endirdiyi də deyilir.
Daha sonra prezidentin mühafizəçiləri polisi çağırıb.
Son xəbərlər
Son Xəbərlər