Başkent Universitetində yay məktəbi keçiriləcək

baskent-universitetinde-yay-mektebi-kecirilecek
Oxunma sayı: 782

Başkent Universiteti, ARES Azerbaijan və Flame Taravel şirkətlərinin birgə təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankarada “Summer School and Travel” layihəsi həyata keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, 5-9 iyul tarixlərində keçiriləcək yay məktəbi Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşən, ən nüfuzlu universitetlərin siyahısında olan Başkent Universitetində baş tutacaq. Həmin Universitetin tanınmış professor və müəllim heyyəti tərəfindən “Ümumi Psixologiya”, ARES şikətlər qrupu tərəfindən isə tanınmış psixoloq və təlimçi Rəvan Soltanovun təqdimatında “Life Coaching” “Biznesdə liderlik: idarəetmənin əsasları” kimi mövzulu 3 müxtəlif təlim keçiriləcək.

Yay məktəbinin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, gəncləri “Ümumi Psixologiya”, “Life Coaching”, “Biznesdə liderlik: idarəetmənin əsasları” kimi mövzularda maarifləndirmə, lazımi akademik və praktik bilikləri tədris etməkdən ibarətdir. . 

Layihə 3 gün müddətində - Başkent Universitetində təlim və Ankaranın tarixi, gəzməli-görməli yerlərinə turlar təşkil edilməklə həyata keçiriləcək. Təlimlərdə iştirak edənlər üç müxtəlif sertifikat qazanacaq.

Əlaqə:

012 492 08 05

055 422 49 07/051 603 77 66