“Qafqazinfo”nun habertürk-ə istinadən məlumatına görə, hərbçinin adının Muhammed Emwazi olduğu bildirilir. Onun hal-hazırda Londonun qərbində olduğu müəyyənləşib. Britaniya polisi cinayətkarın kimliyini əvvəlcədən müəyyənləşdirib, ancaq əməliyyat sirri olduğundan adını açıqlamayıb. Onun kimliyinin müəyyənləşməsinin İŞİD-ə zərbə olduğu qeyd edilir.
Muhammed Emwazi ilk dəfə amerikalı jurnalist James Foleynin başının kəsildiyi videoda, sonra daha bir amerikalı jurnalist Steven Sotloff, britaniyalı yardım işçisi David Haines, ingilis taksi sürücüsü Alan Henning və amerikalı Abdul-Rahman Kassigin başlarının kəsilməsini göstərən videolarda iştirak etmişdi.
Ötən ay isə döyüşçü yapon girovlar Haruna Yukawa və Kenji Gotonun öldürülməsindən əvvəl yayılan videolarda da görüntülənmişdi.
Son xəbərlər
Son Xəbərlər