Basketbol üzrə Azərbaycan çempionatının iştirakçıları bəlli oldu

Basketbol üzrə Azərbaycan çempionatının iştirakçıları bəlli oldu
Oxunma sayı: 781

Basketbol üzrə Azərbaycan çempionatında iştirak edəcək klublar müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışda 3-ü region təmsilçisi olmaqla, ümumilikdə 8 komanda mübarizə aparacaq.

Bunlar "AAAF Xırdalan BK", "Gəncə BK", "NTD BK", "Neftçi İK", "Olimpik Şəki BK", "Sərhədçi PİK", "Sabah Bakı BK", "Zirvə Astara BK"dır.

Yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək. Müntəzəm mövsümdə ilk dörd pilləni tutanlar play-off mərhələsinə vəsiqə qazanacaq. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.

Oktyabrın ikinci ongünlüyündə startı gözlənilən 28-ci Azərbaycan çempionatının oyunları "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq.

Qeyd edək ki, oktyabrın 1-də yarışa hazırlıq məqsədi daşıyan mini turnir keçiriləcək. Qarşılaşmalar "Sərhədçi" İdman Olimpiya Mərkəzində olacaq.