Basketbolçuya hökm oxundu - 9 il

basketbolcuya-hokm-oxundu-
Oxunma sayı: 1413

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəlilabad rayon sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. T. Əsgərov basketbolçu olub. O, ölkənin bir-neçə basketbol klublarında oynayıb, "Qala" basketbol klubunun üzvü olub.

Murad Əhməd