“Başlığı mən seçsəydim, belə yazardım” – - İsa Qəmbər

basligi-men-secseydim-bele-yazardim-
Oxunma sayı: 2048


“Qafqazinfo”nun verdiyi xəbərə görə, İ.Qəmbər qeyd edib ki, prinsipial və doğru qərar verilib: “Qərar pafossuz və səs-küysüz, məntiqli və arqumentli sənəddə ifadə edilib. Bu qərarı qəzetlər və saytlar müxtəlif maraqlı başlıqlarla yayıb. Başlığı mən seçsəydim ən azı ikinci başlıqda belə yazardım: "Müsavatın qərarı hakimiyyətlə müxalifət arasında, rejimlə Müsavat arasında həqiqi dialoq şansını qoruyub saxladı".

Çünki Azərbaycanı düçar olduğu və dərinləşəcəyi heç bir şübhə doğurmayan böhrandan yalnız həqiqi dialoq qurtara bilər. Bunun yeganə alternativi əksəriyyətin arzulamadığı üsyandır. Həqiqi dialoq müxalifətə də, hakimiyyətə də, ən çox da problemlərin həllini, sürətli və davamlı inkişaf başlamasını istəyən cəmiyyətə lazımdır”.

Qeyd edək ki, bu gün bir neçə siyasi partiya sədrlərinin Prezident Administrasiyası şöbə müdiri Əli Həsənovla görüşü keçirilir.

Murad Əhməd