“Başqa seçicilərin vəsiqəsini götürürdü ki, onların yerinə də səs versin”

basqa-secicilerin-vesiqesini-gotururdu-ki-onlarin-yerine-de-ses-versin
Oxunma sayı: 2101

“2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasinin (MSK) sədri Məzahir Pənahov deyib.

“Bəzən bir nəfər 2 və ya daha çox seçicinin şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, onların yerinə də səs versin. Bəzən kişi həyat yoldaşının seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı.

Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarşısı alınıb. Polisin də bu cür məsələlərdə rolu danılmazdır”, -deyə MSK sədri vurğulayıb.

Zaur Mirzə