“Rusiya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi nizama salınacaq, başqa yolu yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, belə bir açıqlama ilə bugünki brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib:
“Dağlıq Qarabağ münaqişəsi nizama salınacaq ya yox, dəqiq ifadə etmək olmaz. Əgər şübhəyə düşsək ki, bu bizdə alınmayacaq, bu çox təhlükəli qənaət olardı. Çünki bu, dinc yolla nizamlanmanı həqiqətən istəməyənləri ruhlandıra bilər. Biz bunu istəyirik və bilirik ki, hər iki tərəf də istəyir”.
XİN rəsmisi həmçinin qeyd edib ki, Xarici işlər naziri Sergey Lavrov sabah keçiriləcək üçtərəfli görüş üçün bu gün Bakıya yola düşür.
Son xəbərlər
Son Xəbərlər