Başqan müşavirləri toplandı

basqan-musavirleri-toplandi
Oxunma sayı: 1021


“Qafqazinfo”nun məlumtına görə, toplantıda müşavirlər arasında iş bölgüsü, fəaliyyət sahələri, regional müşavirlik institutunun təşkili məsələləri müzakirə edilib. Müşavirlər Müşavat Partiyası başqanına indiyədək gördükləri işlər və planları haqqında hesabatlarını təqdim edib və təkliflərini səsləndiriblər.

Toplantının yekununda müşavirlərin fəaliyyətinn effektivliyini artırmaq məqsədilə ay yarımdan bir növbəti toplantıların keçirilməsi və kurasiyalar üzrə müşavirlərə həvalə olunan rayon təşkilatlarının vəziyyəti haqqında arayışların hazırlanması razılaşdırılıb.

Toplantıda Müsavat başqanının müavinləri iştirak edib.