Başqasının avtomobili ilə qəza törətdi

basqasinin-avtomobili-ile-qeza-toretdi
Oxunma sayı: 1880

Bərdədə avtomobil yoldan çıxaraq aşıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bərdə rayonunun Qasımbəyli kəndində qeydə alınıb.

Rayon sakini 1996-cı il təvəllüdlü Süleymanov Hikmət Elmidar oğlu idarə etdiyi  "Mercedes"markalı minik avtomobilini  yol kənarına aşırıb. Hadisə nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya sol aşağı ətrafın yer dəyişmiş açıq sınığı diaqnozu qoyublar. Yaralıya lazımi tibbi yardım göstərilərək palataya yerləşdirilib. Vəziyyəti ağırdır.

Qeyd edək ki, F.Süleymanovun idarə etdiyi avtomobil özünə məxsus deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli