Başqasının yerinə imtahana girməyə cəhd etdi

basqasinin-yerine-imtahana-girmeye-cehd-etdi
Oxunma sayı: 3459

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib və öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb. Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

Xatırladaq ki, DİM aprelin 3-də respublikanın 18 şəhər və rayonunda imtahanlar keçirib.