Başqırdıstanın ilk Prezidenti vəfat etdi

basqirdistanin-ilk-prezidenti-vefat-etdi
Oxunma sayı: 2571

Başqırdıstan Respublikasının birinci Prezidenti Murtaza Rəhimov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda region rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“O, bu gün, yanvarın 11-də dünyasını dəyişib”, - məlumatda qeyd olunub.

Respublikanın keçmiş rəhbərinin 88 yaşı var idi.

Qeyd edək ki, 1990-cı ildən 1993-cü il dekabrın 24-dək Rəhimov Başqırdıstan SSR Ali Sovetinin sədri, 1993-cü ilin dekabrından 2010-cu il iyulun 15-dək Başqırdıstanın Prezidenti vəzifələrində çalışıb