Ata narkoman qızını doğradı

<b>Ata narkoman qızını doğradı</b>
Oxunma sayı: 668

Hadisə avqustun 19-u gecə saat 02.30 radələrində Bakının Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini öz qızını xüsusi amansızlıqla qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Nardaran qəsəbə sakini, 1992-ci il təvəllüdlü Günel Əhmədovanın bıçaqlanaraq qətlə yetirilmiş meyiti yaşadığı ünvanda tapılıb. Onun atası, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Faiq Əhmədov isə bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, narkotik istifadəçiləri olan F. Əhmədovla qızı Günel arasında mübahisə düşüb. Yüksək narkotik təsirində olan qız atasına bıçaqla xəsarət yetirib. Daha sonra isə atası qızını bıçaqlayaraq öldürüb.

Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi