Bataqlıqda ilişib qalan 83 yaşlı kişi belə xilas edildi - Video

bataqliqda-ilisib-qalan-83-yasli-kisi-bele-xilas-edildi
Oxunma sayı: 3720

Mingəçevir şəhərinin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaş köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T. Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyatı üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.