Bu gün FHN-in “112” qaynar xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1 nəfərin bataqlıqda batmaq təhlükəsində olması, Nəsimi rayonunda isə 1 nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumatlar daxil olub.
“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan 1 nəfər xilas edilib.
Həmçinin Nəsimi rayonunda vətəndaşın barmağında sıxılıb qalmış üzüyün müvafiq vasitələrlə çıxarılması təmin edilib.
Son xəbərlər
Son Xəbərlər