İstifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ETSN məlumat yayıb.
Nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, işlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş “Bravo” hipermarket, superstor və supermarket filiallarında yerləşdirilib.
Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
Bugün Dəniz Mall-da keçirilən aksiya zamanı 30 kq-dan çox işlənmiş batareyalar ayrılmış qutulara toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib”.
S.Məmmədova vətəndaşları təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər