Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub

batma-tehlukesi-ile-uzlesen-5-nefer-xilas-olunub
Oxunma sayı: 958

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "Şüvəlan", "Corat", "Mərdəkan" və "Astara" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.